Konfetin içərisində narkotik keçirmək istədi
14 Yanvar 2014 12:37 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs İxtiyar Sabir oğlu Tahirovun tanışı Yeganə Tahir qızı Rəşidinin gətirdiyi sovqata baxış keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "Truffel" konfetinin içərisində gizlədilmiş 1 (bir) ədəd təxmini çəkisi 6,5 qram olan narkotik maddə - "Tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31