Türmədəki dostuna toyuq şorbasında tiryək ötürmək istədi
14 Yanvar 2014 12:36 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, AR CM-nin 177.2.1, 1772.3 177.2.4 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Əliyev Qadir Nadir oğluna tanışı Ağayev Coşqun Əliqulu oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı üzərində "BİG BON" sözləri yazılmış birdəfəlik quru toyuq şorbasının içərisində qarışdırılaraq gizlədilmiş, çəkisi 4.3 qr olan narkotik maddə - "tiryək" və çəkisi 1.9 qr olan narkotik maddə - "marixuana" aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31