Bakıda zəncirvari yol qəzası: ölən var

Zəncirvari yol qəzasında 3 avtomobil toqquşub

Bakının Xəzər rayonunda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, zəncirvari qəza yanvarın 13-də saat 10:00 radələrində, Xəzər rayonu Şüvəlan-Zirə şossesində baş verib. Qəzada Bakı şəhər sakinləri 1976-ci il təvəllüdlü Rövşən Ağasəf oğlu Abbasovun idarə etdiyi "VAZ-2107" markalı, 1947-ci il təvəllüdlü Şirbala Mirbala oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı və 1977-ci il təvəllüdlü Əvəz Cabir oğlu Əliyevin idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində Rövşən Abbasov aldığı xəsarətdən hadisə yerində ölüb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31