Məhkum qadının yatağından telefon çıxdı

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2; 178.2.4 və 320.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Minarə Məhəmməd qızı Allahverdiyevanın saxlandığı kameraya baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun yatdığı çarpayıda balışın altında gizlədilmiş, daxilində "Cin" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31