Bakıda dəhşətli faciə, ev sahibi evi ilə birlikdə yandı
13 Yanvar 2014 15:02 KriminalBakıda baş verən yanğında ev sahibi də yanıb ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 12-də saat 15 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini Eyvaz Ağasiyevə məxsus evdə yanğın baş verib. Nəticədə 90 kvm. sahədə yanar konstriksiyalar yanmış, E.Ağasiyev aldığı yanıq xəsarətindən ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31