Daxili orqanında natkotik keçirmək istədi

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşı Ghader Salamatı gömrük nəzarətindən keçərkən ona məxsus çantadan gömrük nəzarətinə bəyan olunmayan, üzərində "Zam Zam" sözləri yazılmış 1 ədəd plastik qabda 190 ml həcmində metadon məhlulu aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 190 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,19 qram təşkil edir. Həmçinin Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Asif Hüseynovun üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə ümumi xalis çəkisi 51,311 qram olan narkotik vasitə - heroin, 1 ədəd bükümdə isə xalis çəkisi 0,646 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31