Qazanın altına bərkidilmiş 5 əl telefonu götürülüb

Penitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5 maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azaqdlıqdan məhrum edilmiş məhkum Cahangir Mahmud oğlu Bayramova vətəndaş Abbasov Ramil Şahismayıl oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman əridilmiş yemək qazanının alt hissəsinin üzərinə bərkidilmiş dəmir üzlüyün altından 5 (beş) ədəd "Nokia" markalı mobil telefon aparatları, 4 (dörd) ədəd elektrik qidalandırıcısının ucluqları, 3 (üç) ədəd mobil telefon aksesuarının iç sxemi aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31