14 yaşlı qız ikinci uşağını doğdu... öldü - FACİƏ
13 Yanvar 2014 12:08 KriminalTürkiyənin Siirt vilayətində 14 yaşlı gəlin güllə ilə başından vurularaq öldürülüb. Lent.az-ın bu ölkənin mətbuatına istinadən xəbərinə görə, Kader Erten adlı qız 12 yaşında ailə qurubmuş. Onun ikinci uşağı erkən doğum zamanı ölüb. Bundan az sonra isə 14 yaşlı gəlini evində öldürüblər.
Xəbərə görə, K.Erten 13 yaşında ilk uşağını doğub. Onun ikinci uşağı isə 7 aylıqkən qarnında ölüb.
"Uşaq gəlin"in qarnında ölən körpəsinə görə depressiyaya düşdüyü, bu səbəbdən də intihar etdiyi bildirilsə də, Siirt prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb.
Prokurorluq onun ölümünü intihar hesab etməyib və şübhəli məqamlar aşkarlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31