Azərbaycanda ev kül oldu, Quran salamat qaldı

Ev sahibinin sözlərinə görə, 5 otaqlı evi və 85 min manatlıq malı yanaraq külə dönüb

Zərdabda evdə baş verən yanğında möcüzə yaşanıb. Yanğın hadisəsi yanvar ayının 11-də rayon sakini Hüseynov Valik Əli oğluna məxsus evdə qeydə alınıb.
Ev sahibinin  verdiyi məlumata görə, hadisə saat 04:56 radələrində ümumi sahəsi 144 kv.m olan 2 mərtəbəli 5 otaqlı ev yanıb. "Ehtimala görə, yanğına səbəb elektirik xəttində yaranan qısaqapanma olub. Nəticədə 7 nəfərdən ibarət iki ailə evsiz qalıb. Evdə 20 min manatlıq qızıl-ziynət əşyası və 50-60 minlik ev əşyaları olub. Bundan əlavə yanvarın 29-da toyu olacaq qızım üçün ayırdığım 4 min manat nəğd pul külə dönüb".

Ev sahibinin sözlərinə görə, ev tamamilə yarasız hala düşsə də. müqəddəs Qurani Kərim kitabına demək olar ki, heç bir şey olmayıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31