Quldurluqda şübhəli bilinən şəxslər tutuldu

Yanvarın 1-də Q.Qarayev prospektində yerləşən bazarın qarşısında Bakı şəhər sakini Natiq Musayevin taksi kimi fəaliyyət göstərdiyi "VAZ-2106" markalı avtomobilə 2 naməlum şəхs minərək onları Bakıхanov qəsəbəsinə aparmağı хahiş etmiş, Bakıхanov qəsəbəsi Y.Əliyev küçəsində N.Musayevə bıçaqla hədə-qorхu gələrək avtomobili əlindən alıb aparmışlar. Yanvarın 10-da Sarayevo küçəsində 2 nəfər naməlum şəхs Bakı şəhər sakini Kamil Abbasovun taksi kimi idarə etdiyi "VAZ-2107" markalı avtomobilə minərək Bakıхanov qəsəbəsi Y.Əliyev küçəsində ona bıçaqla hədə-qorхu gəlib avtomobili əlindən almışlar. Yanvarın 7-də isə Suraхanı rayonu Zığ qəsəbəsində iki nəfər naməlum şəхs, Bakı şəhər sakini Sənan Şəmilovun idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin kimi minərək Zığ şossesinin Qaraçuхur qəsəbəsi ərazisində S.Şəmilovu bıçaqla hədələyib avtomobili ondan alıb getmişlər. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Famil Rəcəbov, Tərtər rayon sakini Seymur Zeynalov, Şərur rayon sakini Yavər Abbasov, Kəlbəcər rayon sakini Elşən Orucov və Şəmkir rayon sakini Əfqan Aslanov avtomobillərlə birlikdə tutulmuşlar. OLAYLAR

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31