Bakıda ana-bala dəhşəti gözüyaşlı seyr etdilər

Bakı şəhərində qadın azyaşlı balası ilə ərinin evdə yanmasını göz yaşı içərisində seyr ediblər. Onlar evlərində yanğın başlayan kimi xilas ola bilsələr də, ailə başçısı bunu bacarmayıb.Milli.Az-ın məlumatına görə, dəhşətli ailə dramı dünən Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşanıb. Hacı Aslan küçəsi, yeni yaşayış massivində 35 yaşlı Eyvaz Ağasıyevə məxsus evdə güclü yanğın olub. Yanğın zamanı o, ailə üzvləri ilə birlikdə evdə olub. Xanımı və uşağı yanğından xilas olsalar da, sərxoş vəziyyətdə olan E.Ağasıyev evi tərk edə bilməyib və diri-diri yanıb.Hadisə yerinə gələn yanğınsındürənlər onun yanmış meyitini hadisədən sonra aşkarlayıblar. Hazırda yanğının səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31