Azərbaycanda gənc ana intihar edib
10 Yanvar 2014 17:48 KriminalZaqatala bir uşaq anası intihar edib.Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Paşan kəndində qeydə alınıb. Bu gün günorta saatlarında kənd sakini, 22 yaşlı Kainat Məhəmməd qızı Orucovanın yaşadığı evdə asılmış meyiti tapılıb. Onun bir neçə gün əvvəl də intihara cəhd etdiyi bildirilir. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31