Evdən qaçan qız: “Kənd həyatından bezmişəm”

Ağdam rayonunda iki ay əvvəl yoxa çıxan qız tapılıb

Ağdam rayonunda iki ay əvvəl yoxa çıxan qız tapılıb. Rayonun Eyvazlı kənd sakini Günay Kamal qızı Abdullayeva iki ay əvvəl evdən çıxıb və geri qayıtmayıb. Valideynlərinin polisə müraciəti əsasında qızın axtarışlarına başalnılıb. Axtarışlar nəticəsində qız tapılıb və ailəsinə qaytarılıb.
Qeyd edək ki, Günay Abdullayeva təkcə ötən il 4 dəfə evlərindən xəbərsiz çıxıb gedib və polis tərəfindən tapılaraq geri qaytarılıb. Ailəsinə təhvil verilən Günay Abdullayeva artıq kənd həyatından bezdiyini, təhsil alaraq şəhər yerində yaşamaq istədiyini, yenidən evdən gedəcəyini bildirib. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31