Uşağın əli elektrik ətçəkən maşında qalıb

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən Böhran Vəziyyətlərində İdarəemə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunda azyaşlı uşağın əli elektrik ətçəkən maşının içində sıxılmış vəziyyətdə qalıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə uşağın əlini ət çəkən maşının içindən çıxarıblar. Azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31