Cəlilabadda 3 otaqlı ev yandı

Cəlilabad şəhəri, Uzuntəpə kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndin yanar konstruksiyaları 48 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31