Bakıda dəm qazından zəhərlənmə ilə əlaqədar 5 nəfər təcili tibbi yardıma müraciət edib

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) dəm qazından zəhərlənmə ilə əlaqədar 5 nəfər müraciət edib. Stansiyanın operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə bildirib ki, həmin şəxslərin 4-ü xəstəxanaya catdırılıb, 1 nəfərə isə hadisə yerində tibbi  yardım göstərilib.
Dünən dəm qazından zəhərlənmə ilə əlaqədar ölüm hadisəsi baş verməyib.
Z.Vahidova deyib ki, yanvar ayı ərzində 4 nəfər dəm qazından zəhərlənmə nəticəsində dünyasını dəyişib. Onların 2-si qadın, 2-si isə kişi olub. Zəhərlənmələr hamam otağında və qızdırıcı cihazlardan istifadə zamanı baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31