Müdafiə Nazirliyinin Rusiyada saxlanılan sabiq əməkdaşının kimliyi məlum oldu

Domodedovo hava limanında saxlanılan şəxs 1965-ci il təvəllüdlü Yadigarov İlqar Heydər oğludur

Moskvanın Domadedova hava limanında saxlanılan azərbaycanlı məmurun kimliyi məlum oldu. ANS PRESS-in Rusiyanın Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, interpol tərəfindən operativ axtarışlar zamanı İrkutsk vilayətinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, məlum olub ki, bu şəxs beynəlxalq axtarışda olan Azərbaycanın Müdafiə Nazirliyinin keçmiş məmuru 1965-ci il təvəllüdlü Yadigarov İlqar Heydər oğludur.Yadigarov İlqar 2010-cu ildə nazirlikdə işlədiyi zaman mühasibat sənədlərini saxtalaşdırıb və 125 min dollar miqdarında idarəyə ziyan vurub. Saxta sənədlər üzə çıxdıqdan sonra Rusiyaya qaçıb. O, 1986-cı ildə Yaroslav Ali hərbi Maliyyə Məktəbini bitirib. 4 aprel 2011-ci ildə isə xidməti uyğunsuzluğuna görə Silahlı Qüvvələr sıralarından tərxis olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31