Müdafiə Nazirliyinin axtarışda olan əməkdaşı Moskvada saxlanıldı

Mühasibat sənədlərini saxtalaşdırıb və 125 min dollar miqdarında idarəyə ziyan vuran azərbaycanlı məmur Domadedovada tutulub

Rusiya federasiyasının Domodedov hava limanında Azərbaycanda beynəlxalq axtarışda olan Azərbaycanın Müdafiə Nazirliyinin keçmiş məmuru saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət o İrkutsk ərazisində hüquq-mühafizə orqanlarından gizlənib.

Polis əməkdaşları bildiriblər ki, məmur böyük miqdarlı dələduzluqda şübhələnir. Müdafiə Nazirliyinin əməkdaşı olaraq, o mühasibat sənədlərini saxtalaşdırıb və 125 min dollar miqdarında idarəyə ziyan vurub. Saxta sənədlər üzə çıxdıqdan sonra Rusiyaya qaçıb. İrkutsk vilayətinin Xudoelansk kəndində o fəhlə kimi fəaliyyət göstərməyə başlayıb.

Rusiyanın Daxili İşlər Nazirliyinin İrkutsk vilayətindən verilən xəbərdə bildirilir ki: "Operativ axtarış işlərinin nəticəsində polislər onun şəxsiyyətini təyin edə biliblər. İzləndiyini hiss edən şəxs elə həmin gün qəfildən yoxa çıxmaq qərarına qəlib".

Operativ kanallardan məlim olub ki, o Rusiya Federasiyasını tərk etməyə hazırlaşır. Kişi Domadedova hava limanında saxlanılıb hal-hazırda o istintaq təcridxanasındadır.

Moskvanın "Domodedovo" hava limanında polis beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə "BBC"nin rusdilli xidməti Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti şöbəsinin mətbuat xidmətinə istinadən xəbər verir. "Həmin şəxs öz vətəni Azərbaycanda dələduzluq əməllərində şübhəli bilinərək axtarışdadır. Hüquq-mühafizə orqanlarının versiyasına görə, o, 2010-cu ildə Azərbaycanın Müdafiə Nazirliyinin səlahiyyətli şəxsi olaraq öz vəzifəsindən sui-istifadə edib və mühasibatlığın ödəniş sənədlərini saxtalaşdırıb." - Rusiya polisinin açıqlamasında belə deyilir.

İstintaqın fikrincə, azərbaycanlı keçmiş məmur 2011-ci ildə başqa adla və saxta sənədlərlə Rusiyaya gəlib, daha sonra isə İrkutsk vilayətinin Nijneudinsk rayonunda fəhlə olaraq işə başlayıb. Rusiyanı tərk etməyə çalışarkən isə Moskva hava limanından tranzit kimi istifadə etmək istəyib.

Saxlanılan şəxsin istintaq təcridxanasına yerləşdirildiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31