Masallıda uşaq bağçasında yanğın baş verib

Masallı şəhəri, Böyük Xocavar kəndində yerləşən uşaq bağçasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 500 kv.m olan 2 mərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində 44 kv.m olan otaqda döşəmə 3 kv.m sahədə yanıb. Otağın və uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31