Gəncədə ikimərtəbəli ev yanıb

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus kikmərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 256 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsin tavanı 128 kv.m ev əşyaları qismən və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31