İTV-nin aparıcısı qəzaya düşdü - Bacısı öldü

İTV-nin aparıcısı Rafiq Məmmədov bu gün saat 10:00 radələrində Bakının Suraxanı rayonunda qəzaya düşüb. "Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, Hövsan qəsəbəsində, "Hyundai" markalı avtomobil Hövsan kanalına düşüb. Nəticədə avtomobildə olan sərnişin dünyasını dəyişib, sürücü isə xilas ola bilib.
 Qəzada dünyasını dəyişən Pərvanə Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır.

Qeyd edək ki, Pərvanə Məmmədova teleaparıcının bacısıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31