Qazanda türməyə telefon keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elçin Xanlar oğlu Əliyevə qardaşı Ramil Xanlar oğlu Əliyevin gətirdiyi sovqata baxış keçirilib. Penitensiar Xidmətdən "OLAYLAR"a verilən məlumata görə, baxış zamanı içərisində toyuq ətindən hazırlanmış yemək olan qazanın dibinə xüsusi üsulla yerləşdirilmiş, dəmir parçası ilə örtülmüş 2 ədəd "Nokia", 1 ədəd "XpressMusic" markalı mobil telefon aparatları və 2 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31