Bərdədə yol qəzaları: 6 yaralı
8 Yanvar 2014 18:14 KriminalÖtən gecə Bərdə rayonunun Zümrüxan kəndində iki yol-nəqliyyat hadisəsi baş verib. Hadisələrin hər ikisi Bərdə rayonunun Zümrüxan kəndinin ərazisində qeydə alınıb.
Tərtər rayon sakini, 1977-ci il təvəllüdlü Səməd Tahirov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinləri - 1973-cü il təvəllüdlü Natiq Mehdiyev, 1983-cü il təvəllüdlü Ramiz Əhmədov və Babək Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. S. Tahirov və N. Mehdiyevin vəziyyətləri orta-ağır qiymətləndirilir. R. Əhmədov və B. Kərimova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisədən az sonra həmin kənddə daha bir qəza baş verib. "Mercedes" markalı daha bir avtomobilin aşması nəticəsində kənd sakinləri - 1978-ci il təvəllüdlü Rzayev Kənan Behbud oğlu və 1982-ci il təvəllüdlü Mahmudov Yəhya Rafiq oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. apa