Bakıda 15 yaşlı məktəbli özünü öldürüb

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əmircan qəsəbəsi, T.Əmirov küçəsində yaşayan 1999-cu il təvəllüdlü Bağırov Heybət Əziz oğlu özünü asaraq intihar edib.  Yeniyetmənin meyiti mənzilin yataq otağında asılı vəziyyətdə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məktəblinin intiharının səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31