Yemək qazanından marixuana çıxdı

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar" verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Emil Rəfail oğlu Dadaşova Şamaxı rayonu, Çaylı kəndində qeydiyyatda olan vətəndaş Namilə Durmuş qızı Əsgərovanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı yeməklə dolu olan aliminium qazanın hər iki qulpunda, hər birində 2 ədəd olmaqla cəmi 4 ədəd sellofana bükülmüş ümumi çəkisi 3,28 qram olan narkotik maddə - "Marixuana" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31