Məhkumda telefon aşkar edilib
8 Yanvar 2014 14:16 KriminalƏdliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsinin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə mobil telefon aparatı aşkar olunaraq götürülüb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar" verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1965-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.2 və 67 maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şahin Mehmet Salahəddinin iş yerinə baxış keçirilib. Baxış zamanı kətildə düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 2 ədəd GSM danışıq kartları aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31