Məhkuma xurmanın içərisində tiryək keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsinin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar" verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1985-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Hafiz Azad oğlu Xudaverdiyevə Bakı şəhəri B.Nuriyev küçəsi ev 20/116, mənzil 27-də qeydiyyatda olan vətəndaş Asif Cavid oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı xurmaların içərisində gizlədilmiş 1 ədəd sellofana bükülmüş çəkisi 1,5 qram olan narkotik maddə "Tiryək" və 1 ədəd sellofana bükülmüş ümumi çəkisi 2,5 qram olan narkotik maddə - "Marixuana" aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31