Türkiyə vətəndaşı Bakı həbsxanasını “danışıq məntəqəsinə” çeviribmiş
Bakı həbsxanasında cəza çəkən Türkiyə vətəndaşından telefon, nömrə və danışıq kartları tapılıb
7 Yanvar 2014 18:24 KriminalƏdliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsinin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə mobil telefon aparatı aşkar olunaraq götürülüb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 1965-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 317-2.2 və 67 maddələri ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şahin Mehmet Salahəddinin iş yerinə baxış keçirilən zaman kətildə düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 2 ədəd GSM danışıq kartları aşkar edilərək götürülüb.