Binəqədidə köşk yanıb

Bakı şəhəri, Binəqədi rayonunda sahibi məlum olmayan, tikintisi başa çatmamış evin həyətində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 15 kv.m olan vaqon tipli köşkün yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.Yanğından yaxınlıqdakı tikinti materialları mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31