Bakıda odlu silah alveri edən şəxs yaxalandı
7 Yanvar 2014 12:18 KriminalBakıda daha bir qanunsuz silah alveri ilə məşğul olan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rəhim Əzimov 1 ədəd "Revollver" markalı tapançanı və 1 ədəd patronu satarkən tutulub. R.Əzimovdan əlavə olaraq 1 ədəd "Valter" markalı tapança və 2 ədəd patron götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31