Korrupsioner prokurorluq əməkdaşı həbs edilib
18 İyul 2012 15:46 KriminalAzərbaycanda korrupsiya cinayətlərinə yol verən üç nəfər prokurorluq əməkdaşı həbs edilib. "OLAYLAR"ın məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib. İdarə rəisi bildirib ki, prokurorluq orqanlarında korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol vermiş şəxslərin müəyyən edilməsi sahəsində də idarənin daxili təhlükəsizlik xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib: "Belə ki, icraatda olan konkret cinayət işləri üzrə ayrı-ayrı vətəndaşları cinayət məsuliyyətindən azad etmək üçün onlardan rüşvət aldıqlarına görə Füzuli rayon prokuroru əvəzi, Daşkəsən rayon prokurorunun köməkçisi, Gəncə şəhər prokurorluğunun sabiq müstəntiqi barəsində idarədə aparılan araşdırmalar üzrə cinayət işi başlanıb, həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib".