Bakıda 27 yaşlı qızın yataq otağında meyidi tapıldı
Gənc qızın dəm qazında boğulduğu müəyyən olub
7 Yanvar 2014 10:32 KriminalBu gün saat 05:54 radələrində Bakının Qaradağ rayonu ərazisində 27 yaşlı qızın meyidi yataq otağından tapılıb.
Rayon Polis İdarəsi 10-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 1986-cı il təvəllüdlü Zümrüd Hüseynova yataq otağından huşsuz halda tapılıb.
Təcili hadisə yerinə həkim çağrılıb. Lakin həkimlər qızın artıq keçindiyini müəyyən edib.
Gənc qızın dəm qazından boğulduğu məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31