26 məmur cinayət başında ifşa edilib
18 İyul 2012 15:44 KriminalBu il Azərbaycanda 26 vəzifəli şəxs cinayət başında yaxalanıb. "OLAYLAR" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib. İdarə rəisinin sözlərinə görə, hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar idarəyə ümumilikdə 236 müraciət daxil olub, onların 36-sı vətəndaşların yazılı ərizələri olub. Görülmüş tədbirlər nəticəsində 26 vəzifəli şəxs cinayət başında yaxalanmaqla barələrində cinayət işləri başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31