Nadir Əzməmmədov: "600 kv.m sahəyə dizel yanacağı dağılıb"

“Azərbaycan Dəmir Yolları” QSC-dən ANS PRESS-ə verilən məlumata görə, Gəncə istiqamətində qatarların hərəkəti bərpa olunub

Ötən gecə Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, qəza nəticəsində 2 sistern aşıb. Nəticədə 600 kv.m sahəyə dizel yanacağı dağılıb. Bundan başqa, vaqonlarda olan taxta matrealları də ətrafa dağılıb. Dərhal hadisə yerinə xilasedicilər və dəmiryol mühəndisləri cəlb olunub. Dağılmış taxtalar ərazidən yığılıb və dizel yanacağı təmizlənməyə başlanıb.

Qəza nəticəsində Gəncə istiqamətində qatarlarının hərəkətində məhdudiyyətlər yaranıb. Lakin hazırda həmin istiqamətə sərnişin qatarlarının hərəkəti bərpa olunub. Yük qatarlarının hərəkəti isə yaxın saatlarda bərpa olunacaq.

İlkin ehtimala görə, qəzanın baş verməsinə texniki nasazlıq səbəb olub. Lakin dəqiq səbəblər ekspertlərin apardığı araşdırmalardan sonra məlum olacaq. Hazırda dəymiş ziyan hesablanıb.

Faktla bağlı araşdırma apar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31