FHN Hacıqabulda baş vermiş qatar qəzası barədə açıqlama verdi

Hal-hazırda müvafiq qurumlar tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür

 Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb. Nəticədə 2 sistern aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb. Sisternlərdən birinin qapağında mazut qalıqları yanıb. Dərhal yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb, ərazidə təhlükəsizlik tədbirləri görülüb.Hal-hazırda müvafiq qurumlar tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Baş verə biləcək yanğının qarşısını almaq məqsədi ilə 1 yanğınsöndürən maşın hadisə yerində növbə çəkir.Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31