Ağcabədidə insident: milli qəhrəmanın qardaşına güllə atdılar
30 Dekabr 2013 15:51 KriminalBu gün Ağcabədi rayonunda silahlı insident olub. Lent.az-ın məlumatına görə, Avşar kəndində baş vermiş silahlı insident zamanı Zahid Qarayev adlı şəxs güllə yarası alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Kənd sakinlərinin bildirdiyinə görə, şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi vurmaq istəyən kənd sakinləri Zaur və Anar Baxşəliyevlər onun yaşadığı evin həyətinə gəliblər. Elə bu zaman V.Abdullayevə atılan güllələr onun əmisi Zahid Qarayevə dəyib.
Bildirilir ki, münaqişəyə səbəb qohumluq əlaqələrinin pozulması olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31