“KamAZ” 6 avtomobili əzdi
30 Dekabr 2013 15:28 KriminalSumqayıtda yük maşını ağır qəza törədib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yerləşən Sumqayıt Texnologiyalar Parkında yerləşən kabel zavodunun qarşısında qeydə alınıb.
"KamAZ" markalı yük avtomobili idarə etməni itirərək zavodun dayanacağında olan 6 avtomobili əzib. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31