Qusarda daha bir vəhabi qumbara ilə yaxalandı

Qusarda daha bir radikal dini qruplaşma üzvü yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə,  rayon polis şöbəsi və rayon prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Qusar şəhərində yaşayan Elmar Musayevin evinə baxış zamanı 1 ədəd qumbara, 1 ədəd noutbuk, yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat və müxtəlif təyinatlı tibbi ləvazimatlar aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31