Bakıda azyaşlı uşaq zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 29-da Xəzər rayonunda baş verib. Zirə qəsəbə sakini, azyaşlı Rahib Ağayev evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31