Bakı və Sumqayıtda bir gündə 14500 partlayıcı aşkarlandı
30 Dekabr 2013 13:48 KriminalÖlkədə partlayıcı oyuncaqlarla bağlı əməliyyat tədbirləri davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Nəsimi, Nərimanov, Səbail və Sumqayıt şəhərinin ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətə malik olan 14500 ədəd partlayıcı oyuncaqlar götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31