Məhkuma telefon ötürmək istədi
30 Dekabr 2013 13:44 KriminalƏdliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasının təsərrüfat briqadasında saxlanılan 1951-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1 maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Oktay İsgəndər oğlu Salamovun yanına qısa müddətli görüşə gəlmiş, Oğuz şəhəri, Xətayi küçəsi, ev 21 ünvanında qeydiyyatda olan vətəndaş Vaqif Murad oğlu Hacıyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki gödəkçənin sol yan cibindən daxilində "Sim" və "Cin" danışıq kartları olan 1 ədəd - "Samsung" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.