Naftalanda mənzildə partlayış olub
30 Dekabr 2013 12:56 KriminalNaftalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 125 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində 3 otağın yanar konstruksiyaları 90 kv.m sahədə yanıb. Hadisə zamanı 5 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31