Bakıda gözəgörünməz kabus 3 nəfəri hamamda öldürdü

Bakıda daha 3 nəfər dəm qazından boğulub

Bakıda daha 3 nəfər dəm qazından boğulub. Lent.az-ın məlumatına görə, Xətai rayonu Əmirxan küçəsi 5/1 ünvanında 1990-cı il təvəllüdlü Babayeva Xatirə İltifat qızı hamam otağında dəm qazından boğularaq ölüb. Digər iki hadisə isə Nərimanov rayonunda qeydə alınıb. A.Heydərov küçəsindəki mənzilin hamamında 1960-cı il təvəllüdlü Rüstəmova Solmaz Rüstəm qızı, Hidayətzadə küçəsi 7/23, mənzil 7-də isə 1986-cı il təvəllüdlü Quliyev Roman Muradxan oğlu dəm qazından boğularaq ölüb.Hər bir fakt üzrə müvafiq araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31