ABŞ iki ukraynalını "quldarlığa" görə 20 il həbsə məhkum edir
18 İyul 2012 12:57 KriminalABŞ məhkəməsi ukraynalı 52 yaşlı Omelyan Botsvynyuku 20 il həbsə məhkum edib. "Azadinform" BBC-yə istinadən xəbər verir ki, o, Ukraynadan öz həmkəndlilərini gətirib Filadelfiyada evlərdə çox az pula və bəzən də havayı işlədirmiş. O, işçilərini qorxutmaq üçün seksual və fiziki zorakılığa da əl atırmış. Prokurorun dediyi kimi müasir quldarlıqla məşğul olan Omelyan Botsvynyukun qardaşı Stepan da eyni ittihamla məhkəməsini gözləyir. Ona da 20 il həbs verilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31