Bir ailənin 6 üzvü turşudan zəhərləndi: 1 ölü

Saatlı rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Şirinbəy kəndində qeydə alınıb. Evdə konservləşdirilmiş pomidor turşusundan bir ailənin 6 üzvü zəhərlənib. Kənd sakini, 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Savalan oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun həyat yoldaşı 1937-ci il təvəllüdlü Məmmədova Sona Kərəm qızı, oğlu 1984-cü il təvəllüdlü Məmmədov Sahib Ənvər oğlu, 2006-cı il təvəllüdlü Məmmədov Aqşin Sahib oğlu, 2008-ci il təvəllüdlü Məmmədov Fəqan Sahib oğlu, ailənin digər üzvü 1934-cü il təvəllüdlü Səfərova Dilbər Kərəm qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.
Azyaşlılar Bakıdakı 2 saylı Uşaq Xəstəxanasına, digərləri isə Toksikoloji Mərkəzə yerləşdirilib. Dilbər Səfərovanın vəziyyətinin ağır olduğu bildirilir. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31