Bir gündə 5 nəfər zəhərləndi

Bir gündə Azərbaycanda 5 nəfər zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 25-də baş verib. Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayan Ülviyyə Qarayeva, Xırdalan şəhərində yaşayan azyaşlı Aysel Məmmədova, Gəncə şəhərində yaşayan azyaşlı Yusif Quliyev evlərindən dərmandan zəhərlənmə ilə,  Sumqayıt şəhərində yaşayan Lamiyə Vəliyeva evindən dəm qazından zəhərlənmə ilə, dekabrın 26-da Masazır kənd sakini Qönçə Məhərrəmova evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31