Notariusdan pul oğurlandı
26 Dekabr 2013 13:06 KriminalAzərbaycanda dövlət idarəsindən oğurluq edən şəxslər tutulub.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Lənkərandakı 1 saylı Notariat Kontorunda pəncərədən girmək yolu ilə 2660 manat pul oğurlanıb. Görülən tədbirlər nəticəsində oğurluğu Lənkəran rayon sakinləri Əli Ramazanov, Şəhriyar Həsənzadə, Rəşad Bağırovun törətdiyi məlum olub. Həmin şəxslər saxlanılıb.Aparılan əməliyyat tədbirləri nəticəsində onların İqbal Kərimov adlı şəxslə birgə Əziz Babayevə məxsus avtomobillərin təmiri sexindən içərisində 5700 manat olan seyfi, Cəlal Azadova məxsus stomatoloji kabinetdən televizor, habelə 2 saylı poçt məntəqəsindən oğurluğa cəhd göstərmələri müəyyən edilib.apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31