Ticarət obyektlərindən 9800 partlayıcı oyuncaq götürülüb

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Səbail, Nizami və Sabunçu rayonları ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətə malik xeyli partlayıcı oyuncaq aşkar edilib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aşkar edilmiş 9800 ədəd partlayıcı oyuncaq götürülüb. Müvafiq tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31