Bakıda sərnişin avtobusu "Shaqman"la toqquşdu
Yük maşını idarəetməni itirib və dönmə hərəkətini yerinə yetirən avtobusa çırpılıb
26 Dekabr 2013 12:23 KriminalBu gün səhər saatlarında Bakıda növbəti dəfə sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə Xətai rayonu, Nobel prospektində baş verib.
"Nargilə" kafesinin önündə "Shaqman" markalı yük avtomobili ilə iri tutumlu sərnişin avtobusu toqquşub. Şahidlərin bildirdiklərinə görə, yük avtomobili idarə etməni itirib və işıqforun qarşısından dönmə hərəkətini yerinə yetirən sərnişin avtobusunun ön hissəsinə dəyib.
Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasından verilən məlumata görə, qəza nəticəsində iki nəfər- 60 yaşlı Kamal adlı sərnişin və sürücü yaralanıb. Sərnişin Sabunçu rayon xəstəxanasına yerləşdirilib. Yol polisi əməkdaşları hadisə yerinə gəliblər. Qəza nəticəsində ölən və yaralanalar barəsində məlumat verilmir. ans