Maşın 15 metr dərinliyində çaya düşüb

Xaçmazda yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı Mersedes markalı nəqliyyat vasitəsi idarəetməni itirərək körpüdən 15 metr dərinliyində olan çaya düşüb. Qəza Gəndob Yalama yolunun 17 ci km də Çağacuq çayı üzərindəki körpüdə baş verib. Hadisə nəticəsində avtomabildə olan sürücü Xaçmaz rayon sakini 45 yaşlı Qeybullayev Cümşüd Əjdər oğlu xəsarət alıb. O Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılıb. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31